FÜZULİ, 1 avqust. TELEQRAF
Avqustun 1-i saat 07:30 radələrində Hacıqabul rayon Nəvahi qəsəbəsi ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onlardan 1965-ci il təvəllüdlü şəxsə açıq kəllə beyin travması, ağır dərəcəli baş-beyin əzilməsi, bud sümüyünün sınığı, komatoz vəziyyət, 1971-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə beyin travması, döş qəfəsinin küt travması diaqnozu təyin edilib.
Hər iki yaralı tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə yerində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
10:16
Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları quruma məxsus avtomobildə Hacıqabul rayonundan qəzaya düşüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza Bakı-Qazax avtomagistralında baş verib.
Təcili Tibbi Yardım Stansiyasının sürücüsü idarəetməni itirərək əvvəlcə "KamAZ" markalı yük avtomobilinə daha sonra yolu iki hissəyə ayıran dəmir məhəccərə çırpılıb. Qəza zamanı avtomobildə olan Füzuli şəhər sahə rəisinin köməkçisi olan polis Rəsul Qurbanlı həyatını itirib. Onun təcili yardım maşınında paytaxta aparılan xəstəni müşayiət etdiyi bildirilir.
Faktla bağlı araşdırma başlanıb.
