AĞGABƏDİ, 1 iyul. TELEQRAF
Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini Əmirov Anar naməlum şəraitdə kanalda batıb.
Axtarışlarına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb edilib.
İlkin məlumata görə, A.Əmirov içkili vəziyyətdə olub.
Hazırda axtarışlara başlanılıb.