BAKI, 19 iyun. TELEQRAF

Paytaxtda idarəetmədən çıxan avtomobil qəza törədib.

Teleqraf xəbər verir ki, hadisə Nizami rayonunda, Qara Qarayev və Özbəkistan küçələrinin kəsişməsində baş verib.

İdarəetməni itirən “Toyota-Prius” maneələrə çırpılaraq, qəza törədib.

Hadisə nəticəsində sürücü yaralanıb.

Faktla bağlı araşdırma aparılır.