MİNGƏÇEVİR, 17 may. TELEQRAF

Mingəçevirdə baş verən zəncirvari yol qəzasında 3 maşın biri-birinə çırpılıb.

Teleqraf-ın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Heydər Əliyev prospektində, 2 saylı orta məktəbin yaxınlığında baş verib.

Qəzada avtomobillər ciddi zərər görüb, müxtəlif bədən xəsarətləri alan Elgün Əfəndiyev xəstəxanaya yerləşdirilib.

Çoxsaylı xəsarətləri, o cümlədən kəllə beyin nayihəsində sınıq xəsarətləri olan yaralının durumu orta-ağır olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.