
AĞSTAFA, 14 iyun. TELEQRAF
Ağstafa rayonunda, Poylu kənd yolunda piyadanı avtomobil vurub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Rəhman Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.