TƏRTƏR, 8 iyun. TELEQRAF

Tərtərdə yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində yerləşən idman kompleksinin yaxınlığında baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan rayon sakinləri 1979-cu il təvəllüdlü Aynurə Quliyeva, 1983-cü il təvəllüdlü Niyaz Sadıqov və 1958-ci il təvəllüdlü Qulu Quliyev xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.