.jpg)
MİNGƏŞEVİR, 8 iyun. TELEQRAF
Mingəçevirdə yolu keçmək istəyən 10 yaşlı uşağı maşın vurub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə hadisə Heydər Əliyev prospektində, Səadət şadlıq sarayının yaxınlığında baş verib.
Minik avtomobili yolu keçmək istəyən 2015-ci il təvəllüdlü İbadov Emin Saleh oğlunu vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib.
Yaralı uşaq dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.