BAKI, 7 iyun. TELEQRAF

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Bu barədə Penitensiar xidmətdən Teleqraf-a bildirilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ələkbərov Elçin Ağamirzə oğlu tərəfindən Salyan rayonu Noxudlu kəndi ərazisində köhnə tikilinin içərisində gizlədilmiş ümumi çəkisi 2 kiloqram 590 qram olan narkotik vasitə (745 qram heroin, 725 qram qurudulmuş marixuana və 1120 qram tiryək) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.