ŞƏMKİR, 5 iyun. TELEQRAF

Şəmkir şəhər sakini 1981-ci il təvəllüdlü Fizuli Möyləqulusoy benzin tökərək özünü yandırıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun mərkəzi parkında qeydə alınıb. F. Möyləqulusoy xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.