BAKI, 6 iyun. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Gəncədə yetkin yaşına çatmayan şəxsin bıçaqlanmasında şübhəli bilinən 2010-ci il təvəllüdlü R. İ. saxlanılıb.
Bu barədə Teleqraf-ın yerli bürosunun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir
***
5 iyun. 19:13
Gəncədə 15 yaşlı yeniyetməni dostu bıçaqlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin parklarından birində qeydə alınıb.
15 yaşlı Ü. Ə. bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.
İlkin məlumata görə, bıçaqlanma Ü.Ə.-nin dostu tərəfindən törədilib.