GORANBOY, 3 iyun. TELEQRAF

Goranoy sakini xalasını döyərək xəstəxanalıq edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alılıb.

Qəsəbə sakini 1994 -cü il təvəllüdlü Rəşad Aslanlı ailə münaqişəsi zəmnində xalası, 1967-ci təvəllüdlü Kəklik Qurbanovanın baş nahiyyəsinə kut alətlə zərbə vurub.

Nəticədə 58 yaşlı qadın xəstəxanaya çatırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.