GƏNCƏ, 3 iyun. TELEQRAF
Gəncə şəhərində qohumlar arasında baş verən insidentdə Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs – 59 yaşlı Zakir Sadıqov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Gəncə Baş Polis İdarəsində cinayət işi başlanıb.
Hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
***
05:33
Gəncə şəhərində qohumlar arasında dava düşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
Gəncə sakinləri – 1980-ci il təvəllüdlü Əli Alışanov əvvəlcə bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb. Onun xanımı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülüb.
İlkin məlumata görə, onlar öz qudaları ilə dava zamanı xəsarət alıblar.
Hazırda 45 yaşlı Əli Alışanovun vəziyyəti ağırdır. Dava zamanı qarşı tərəfdən isə 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov xəsarət alıb. Həmin şəxslərin bədən nahiyyələrində kəsici alətlərin yaraları var.
Faktla bağlı araşdırma başlanılıb.