MİNGƏÇEVİR, 1 iyun. TELEQRAF

Mingəçevirdə binadan yıxılan 1993 -cü il təvəllüdlü Kərimov Taleh Binyamin oğlu ölüb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Energetiklər yaşayış massivində, Naxçıvan küçəsində qeydə alınıb.

Əldə edilən məlumata görə, Taleh Kərimov Yataqxana binasının 5-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.