GORANBOY, 1 iyun. TELEQRAF

Goranboyda qardaşı tərəfindən boğazı kəsilən qadının vəziyyəti orta ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

"31may saat 06:50 radələrində 1987-ci il təvəllüdlü şəxs (qadın cinsli) boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub", - məlumatda deyilib.

***

14:11

Bir neçə gün öncə qardaşı tərəfindən boğazı kəsilən 1987-ci il təvəllüdlü Gülnarə Nəcəfova altı aylıq hamilə imiş.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisədən sonra uşaq ana bətnində ölüb. Qadının özü isə ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb