UCAR, 1 iyun. TELEQRAF
Ucarda yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Alpout kəndi istuqamətindən keçən Bakı-Qazax avtomagistralında qeydə alınıb.
"Mersedes" markalı avtomobilin "Kamaz" markalı yük maşını ilə toqquşması nəticəsində 4 Gəncə sakini çoxsaylı bədən xəsarətləri alıb.
1977-ci il təvəllüdlü Səyyub Allahverdiyev, 1967-ci il təvəllüdlü Aygün Məmmədova, 1998-ci il təvəllüdlü Fərəhxanım Hüseynova və 1983-cü il təvəllüdlü Tural Hüseynov rayon xəstəxanasına çatdırılıblar.
Durumu ağır olan Səyyub Allahverdiyev və Tural Hüseynov sonradan Göyçay xəstəxanasına köçürülüb.
Faktla bağlı araşdlrma aparılır.