GƏNCƏ, 31 may. TELEQRAF

Gəncə şəhərində bir kişi müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onun 1961-ci il təvəllüdlü Arif Muxtarov olduğu ortaya çıxıb.

64 yaşlı kişinin döyüldüyü iddia olunur.

Faktla bağlı araşdırma başlanılıb.