MİNGƏÇEVİR, 31 may. TELEQRAF

Mingəçevirdə adı açıqlanmayan şəxs bacısının keçmiş qaynanasını döyüb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevirdə, Əliağa Vahid küçəsindəki evlərdən birində qeydə alınıb.

1950-ci il təvəllüdlü şəhər sakini Səmayə İsmayılova döyülüb və qabırğa nayihəsinin sınığı diaqnozu ilə xəstəxanaya çatdırlıb.

Onun ilk açıqlamasına görə hadisə həyat yoldaşından boşanmış oğlunun qaynı tərəfindən törədilib.

Belə ki, məhkəmənin qərarı ilə oğlu övladına görə aliment ödəyir və həftəsonları uşağı ilə görüşmək hüququna sahibdir.

Bu gün nəvəsini evlərinə gətiriblərmiş. Oğlunun keçmiş qaynı onlara gəlib və uşağı bura kimin gətirdiyini soruşub, keçmiş yeznəsi ilə dalaşıb və onları ayırmağa çalışan anaya xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.