TƏRTƏR, 31 may. TELEQRAF

Tərtərdə yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Şıxarx qəsəbəsinə gedən avtomobil yolunda baş verib.

Minik avtomobillərinin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Əhmədli Tural Sabir oğlu, 2000-ci il təvəllüdlü xanımı Əhmədli Süsən Qəhrəman qızı və ailənin 2024-cü il təvəllüdlü övladı Əhmədli Ahu Tural qızı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.