GORANBOY, 29 may. TELEQRAF
Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Yolu keçmək istəyən 72 yaşlı Arif Musayevu avtomobil vurub.
Xəsarət alan şəxs özəl xəstəxanalardan birinə yerləşdirilib.Vəziyyəti orta-ağırdır.
Məlumat üçün bildirək ki, piyada Goranboy rayonunda elektrik ustası kimi çalışır.