BAKI, 28 may. TELEQRAF

İrkutsk vilayətinin Baykalsk şəhərində beş yeniyetmə ölüb.

Teleqraf xəbər verir ki, fərdi yaşayış evində yanğın baş verib və ölən 5 azyaşlının meyiti hadisə yerində tapılıb. İstintaqın məlumatına görə, bir qrup gənc həmin evdə olub. Qəflətən yeniyetmələrdən biri orada olanlara bıçaqla hücum edib. Nəticədə 4 nəfər hadisə yerində ölüb, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs daha sonra evi yandırıb və nəticədə özü də dünyasını dəyişib.