BAKI, 24 may. TELEQRAQ
Bu gün Tatarıstanın (Rusiya) paytaxtı Kazanda dəhşətli qətl hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, kişi arvadını ğöldürdükdən və üç yaşlı oğlunu yaraladıqdan sonra eyvana çıxıb.
O, polisləri özünü beşinci mərtəbədən atacağı ilə təhdid edib.
Şahidlərin sözlərinə görə, ailə həmin gün uşağın ad günün qeyd edirmiş. Ata mənzilə soxulub, arvadına və oğluna hücum edib, qadının boğazını kəsib.
Mənzildəki uşağı ata özü tibb işçilərinə təhvil verilib, onu xəstəxanaya aparıb və həyatını xilas edə biliblər.
Məlum olub ki, arvadını qətlə yetirən Mete adlı şəxs Türkiyə vətəndaşıdır. 34 yaşlı Yelena ondan rəsmi şəkildə, kişi bu faktla barışa bilməyib daim onu izləyirmiş.
Kişinin özünü isə beşinci mərtəbənin eyvanından endirə bilmirlər. Polis onunla ingilis dilində danışıqlar aparır.
Öldürülən şəxs Kazandakı "Vdoxnovenye" idman məktəbinin direktoru və məşqçisidir. O, iş müddətində bir neçə təşəkkürnaməyə və mükafata layiq görülüb.