BAKI, 24 may. TELEQRAF

Paris məhkəməsi model Kim Kardaşyanı qarət etməkdə şübhəli bilinən 10 nəfəri həbs cəzasına məhkum edib.

Teleqraf xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb .

Telekanalın məlumatına görə, soyğunçuluğun təşkilatçısı olan Aomar Ait Kedaş 8 il həbs cəzası alıb. Digər üç iştirakçı 7 il müddətinə azadlıqdan məhrum edilib. Qalanlarına isə şərti cəza verilib.

Qeyd edək ki, 2016-cı ildə qarətçilər Kardaşyanın olduğu otel otağına soxularaq onu çarpayıya bağlayıb, əllərini bir-birinə yapışdırıb, gözlərini bağlayıblar. Soyğunçular ulduz modeldən 10 milyon dollar dəyərində zinət əşyaları qarət ediblər.

BAKI, 24 may. TELEQRAF