BAKI. 23 may. TELEQRAF
Hamburqda dəmiryolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb.
Teleqraf “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, yaralılardan dördünün vəziyyəti ağırdır.
***
22:31
Almaniyanın Hamburq şəhərindəki dəmiryolu vağzalında bıçaqlı hücum nəticəsində yaralananların sayı 12 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" saytı məlumat yayıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Hücumu törətməkdə şübhəli bilinən 39 yaşlı qadın saxlanılıb.
***
21:45
Almaniyanın Hamburq şəhərindəki dəmiryol vağzalında bıçaqlı şəxs insanlara hücum edib. Nəticədə 8 nəfər yaralanıb.