BAKI, 22 may. TELEQRAF

ABŞ-nin Tennessi ştatında 1989-cu ildə həyat yoldaşı Cudit Smit və iki oğlunu qətlə yetirən şəxs cümə axşamı səhər inyeksiya ilə edam edilib.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

75 yaşlı Smit günahsız olduğunu israrla bildirsə də, faydası olmayıb.

O, 1 oktyabr 1989-cu ildə həbs edilib. 1990-cı ildə barəsində ölüm hökmü çıxarılıb. 2022-ci ildə qətldə istifadə olunan silahların birində naməlum şəxsin DNT-si tapılıb. Buna baxmayaraq, hakim Smitə qarşı sübutların təkzibedilməz olduğunu bildirib.