
BAKI, 21 may. TELEQRAF
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilmiş Əkrəm İmamoğlunun axtarılan mobil telefonu ələ keçirilib.
Teleqraf "Hurriyet"ə isinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları evlərdən birində axtarış apararaq İmamoğluya məxsus mobil telefonunu ələ keçirib.
Mobil telefon maddi sübut kimi götürülüb.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu və digərlərinə qarşı “cinayətkar təşkilata liderlik etmək”, “cinayət təşkilatına üzv olmaq”, “hədə-qorxu ilə tələb etmə”, “qanunsuz yolla məlumatları ələ keçirmə” maddələri üzrə cinayət işi açılıb.
İstintaq tədbirləri davam etdirilir.