BAKI, 20 may. TELEQRAF

Bakıda avtobusa bıçaqla girən qadın saxlanılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb, qadının sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

Qadın bıçağı havada sallayaraq sərnişinləri qorxudub, skamyanın parçasını doğrayıb, söyüşlər söyüb, insanları təhqir edərək onlara hədə-qorxu gəlib. Qadının qeyri-adekvat hərəkətləri sərnişinlərdə qorxu və həyəcan yaradıb.