MİNGƏÇEVİR, 17 may. TELEQRAF

Mingəçevirdə "Kamaz" markalı maşın piyadanı vurub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Dövlət Dram Teatrının yaxınlığında baş verib.

Belə ki, ehtiyatsızlıq səbəbindən "Kamaz" markalı yük maşını 2009-cu il təvəllüdlü Salmanlı Musa Emil oğlunun ayağının üzərindən keçib.

Pəncə və ayaq nayihəsindən çoxsaylı xəsarətlər alan yaralı təcili xəstəxanaya çatdırılıb.

İlkin zəruri tibbi yardım aldıqdan sonra yaralı yeniyetmənin paytaxt klinikalarından birinə köçürülməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

Yaralı yeniyetmənin şəhərin tanınmış həkim mütəxəssislərindən birinin nəvəsi olduğu bildirilir.