GƏNCƏ, 17 may. TELEQRAF

Gəncədə 18 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən həmyaşıdı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Maqsud Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 18 yaşlı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

***

07.47

Gəncədə 18 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 2007-ci il təvəllüdlü Maqsud Tağıyev vaxtında xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

M.Tağıyev bud nahiyəsindən xəsarət alıb. Onun bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır