
BAKI, 15 may. TELEQRAF
Şimali Osetiyada naməlum şəxs avtoyuma məntəqəsində insanlara atəş açıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.
"Ardon şəhərində yerləşən avtoyuma məntəqəsinin ərazisində naməlum şəxs 1990, 1991 və 2000-ci il təvəllüdlü üç gəncə 7,62 millimetrlik avtomat silahdan atəş açıb. Yaralılar dərhal xəstəxanaya çatdırılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda deyilir.
Cinayətkar hadisə yerindən qaçıb. Şübhəli şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.