BAKI, 13 may. TELEQRAF

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Teleqrafın xəbərinə görə, hadisə Balaxanı qəsəbəsində baş verib.

1960-cı il təvəllüdlü Nağıyev Xəqani Oqtay oğlu yolun piyada üçün müəyyən edilməmiş yerdən keçərkən onu maşın vurub.

Yaralı komatoz vəziyyətində xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.