BAKI, 13 may. TELEQRAF
Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Teleqraf-ın xəbərinə görə, hadisə Maştağa qəsəbəsində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Əliyev Murad Siyasət oğlu yolu keçərkən onu evakuator xidməti ilə məşğul olan yük maşını vurub.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.