
BAKI, 24 mart. TELEQRAF
ABŞ-nin İndiana ştatından olan müəllim 10 məktəbliyə qarşı cinsi zorakılıqda ittiham olunur.
Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
31 yaşlı Brittani Fortinberri 2024-cü ilin dekabrında həbs edilib. Bir neçə yeniyetmə qadını təcavüzdə ittiham edib. Onların ifadələrinə görə, müəllim onlara narkotik və spirtli içki alıb, bahalı hədiyyələr verib, həmçinin intim foto və videolar göndərib.
Fortinberrinin ittihamlarından xəbər tutan rəfiqəsi bu barədə oğlu ilə danışmaq qərarına gəlib. Yeniyetmə müəllimin qurbanı olduğunu etiraf edib. Onun sözlərinə görə, bir dəfə o və iki dostu ilə valideynlərinin icazəsi ilə gecələmək üçün qadının yanına gəlib. Brittani Fortinberri onların azyaşlı olmasına baxmayaraq, oğlanlarla orgiya keçirdib.
Müəllimin əri də həbs olunub. O, cinayəti gizlətməkdə ittiham olunur.