Azərbaycan Beynəlxalq Bankın nəqliyyat departamentinin müdiri vəzifəsində işləmiş Natiq Nüsrətzadənin məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən polis nəzarəti altında olan Natiq Nüsrətzadə 6 il 6 ay azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs olunub.
Qeyd edək ki, zərərçəkmiş qismində "Azərbaycan Beynəlxalq Bank" ASC tanınıb.
Natiq Nüsrətzadə Azərbaycan Beynəlxalq Bankında nəqliyyat departamentinin müdiri vəzifəsində işləyib. İşlədiyi dövrdə bankın 48 min manatını mənimsəyib, həmin ziyandan cəmi 21 min manatı geri qaytarıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci maddəsi ilə ittiham elan edilib.