Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü K.Əliyeva mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır. Faktla bağlı araşdırma aparılır.