Bakının Xəzər rayonununda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1993-cü il təvəllüdlü Məmmədov Samir İsmayıl oğlunun başına butulka vuraraq xəsarət yetirilib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.