Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a şabran rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, əvvəllər məhkum olunmuş Vaqif Xudaverdiyev münaqişə zəminində qohumu Ruslan Əzməmmədova bıçaqla xəsarət yetirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vaqif Xudaverdiyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov