BAKI, 29 aprel. TELEQRAF
17 apreldə atəşkəs elan edilsə də, İsrail Livanın cənubuna hücumları davam etdirir.
Teleqraf Livanın "NNA" agentliyinə istinadən xəbər verir ki, Livanın Tir əyalətindəki Hinniyə şəhərinə hücum nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.
Qeyd edək ki, İsrail ordusu 2 martda Livana qarşı intensiv hava hücumlarına başlayıb, ölkənin cənubundakı bir neçə şəhəri işğal edib.
Livanda məcburi köçkünlərin sayı 1 milyonu keçib.
Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin hücumlarında 2500-dən çox insanın öldüyünü bildirib.