İsmayıllı rayonunda ağacdan asılmış meyit tapılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cari il sentyabr ayının 26-da İsmayıllı rayonunun Diyallı kənd sakini Məhəmməd Kərimov evdən çıxıb və geri qayıtmayıb. Oktyabrın 14-də Diyallı kəndinin meşə zolağında Məhəmməd Kərimovun ağacdan asılmış vəziyyətdə olan qismən cürüməyə məruz qalmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov