Bakının Yasamal rayonunda insult xəstəliyi ilə xəstəxanaya gətirilən qadın ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sentyabrın 24-nə keçən gecə Yasamal rayonu ərazisindən 45-50 yaşlı qadın insult diaqnozu ilə xəstəxanaya gətirilib. Həmin qadın bu gün saat 09 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov