Tərtər rayonununda yaşayış evinin həyətində partlayış olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Köçərli kənd sakini Sərfinaz Hüseynovanın həyətində qaz balonunun sızmasından ani partlayış baş verib. S.Hüseynova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov