Sumqayıt Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, hal şahidlərinin iştirakı ilə şəxsi axtarış zamanı onun üzərində 2 qram heroin aşkar edilib.

Axtarış tədbirlərinin davamı olaraq Vidadi Səmədovun evinə baxış keçirilib, əlavə olaraq orada gizlətdiyi 3 kiloqram 30 qram heroin, 4 kiloqram 20 qram marixuana tutulub.

Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

İstintaq və əməliyyat tədbirləri davam etdirilir.