Bakının Yasamal rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı sakini Kamal Süleymanov saxlanılıb.
Onun cari il iyunun 16-dan noyabrın 20-dək olan müddətdə rayon ərazisində 1 həyətyanı sahədən, 1 marketdən ərzaq məhsulları və məişət əşyaları, 3 nəfərin mobil telefonlarını, habelə 1 avtomobilin dövlət qeydiyyat nişanı oğurlaması müəyyən edilib.