BAKI, 31 oktyabr. TELEQRAF

Almaniyada “Gen Z regelt” (“Z Nəsli Həll Edir”) gənclər hərəkatının çağırışı ilə 34 şəhərdə kütləvi etiraz aksiyaları keçirilib.

Teleqraf xəbər verir ki, iştirakçılar bahalaşmaya və artan yaşayış xərclərinə, o cümlədən təhsil sistemindəki problemlərə etirazlarını bildiriblər.

Şimali Reyn-Vestfaliya əyalətinin Köln şəhərində üzlərini bağlayan etirazçıl pirotexniki vasitələrdən istifadə edib.

Ştutqartda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma olub, saxlanılanlar var.

“Gen Z regelt” hərəkatı gənclərin gələcəyinə təsir edən siyasi və iqtisadi qərarlarda daha çox söz sahibi olmasını tələb edir.

Aksiyalar davam etdiriləcək.