Bakının Nəsimi rayonunda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı sakini olan bir qadının çantasından içərisində 800 manat pul və sənəd olan pulqabının oğurlanması barədə 22-ci polis bölməsinə məlumat daxil olub.

Polisin əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb.

İstintaq müəyyən edib ki, Gülnarə Novruzova əvvəllər məhkum olunub.