Bakının Nəsimi rayonunda yeniyetmə qız soyğunçuluqla üzləşib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini olan qızın mobil telefonunun əlindən alınması ilə bağlı 19-cu polis bölməsinə məlumat daxil olub.

Cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Famil Hüseynov və İsmət Hüseynov saxlanılıblar.

Hər iki şəxsin əvvəllər məhkumluq həyatı yaşadıqları məlum olub.