Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonunun Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Yaqub Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə sərnişin Etibar Quliyev hadisə yerində ölüb.


Hacı Zeynalov