Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Məhəmməd Hadi küçəsində 1989-cu il təvəllüdlü Elçan Quliyev tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zamanı Elcan Quliyev bıçaqlanıb.

Elcana üç bıçaq xəsarəti yetirən həmin şəxs hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.