Gəncə şəhərində zavoddan oğurluq edən şəxslər tutulub.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhərindəki zavodlardan birinin həyətindən 12 mühərrik və 2 elektrik açarı oğurlanıb.

Kəpəz rayon Polis İdarəsi və Ucar rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Cavid Əliyev və Elsevər Abidov tutulublar.

Saxlanılan şəxslər əvvəllər məhkum olunublar.