Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 29-da Quba rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, Xaçmaz şəhər sakini Tərlan Dəmirov saxlanılıb.
Onun idarə etdiyi “İnfiniti” markalı avtomobilə baxış zamanı yük hissəsində olan bükülüdə icərisində 241.223 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunub, maddi sübut kimi götürülüb. Saxlanılan Tərlan Dəmirov əvvəllər Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunub.
Həmin gün polis əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini Rəşad Quliyev saxlanılıb. Onun uzərinə baxış keçirilərkən salafan torbada 51.125 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Hər iki faktla əlaqədar Quba RPŞ-də cinayət işi başlanıb, araşdırmalar aparılır.