Dələduzluqda təqsirləndirilən Ramin Əfəndiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovu sədrlik etdiyi prosesdə hökm oxunub.

Ramin Əfəndiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, iş üzrə 4 zərərçəkən olub. Onların hamısı Ramin Əfəndiyevin qohumlarıdır. Ramin bundan sui-istifadə edərək onların evini satdırıb. Bildirib ki, zərərçəkmkşlərin köhnə evlərini satıb, onlara təzə ev alacaq. Lakin verdiyi vədlərə əməl etməyib.